"Qəbələ"nin sabiq baş məşqçisi İngiltərə klubunu alır

"Qəbələ"nin sabiq baş məşqçisi İngiltərə klubunu alır
11:17 23 İyun 2017
24 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Fulwell73" konsorsiumu "Sanderlend" klubunu satın almaq istəyir. Fanat.Az xəbər verir verir ki, konsorsiumun tərkibində "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da yer alıb.


Bu ideya Adamsla "Çelsi"nin sabiq icraçı direktoru Pol Smitə məxsusdur. Onlar bu günlərdə məşhur futbol məsləhətçisi Kit Harrislə görüşərək müzakirələr aparacaq. Bu şəxs "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton"un satışında iştirak edib.


Premyer Liqanı tərk edən "Sanderlend"in sahibi Ellis Şort klubu satmaq üçün 80 milyon funt-sterlinq istəyir. Satış baş tutsa, Adams komandanın baş məşqçisi olacaq. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-sabiq-ba-mqcisi-ngiltr-klubunu-alr-t58860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR