"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi

"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi
11:22 23 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" "Monako"nun hücumçusu Kilian Mbappe və "Milan"ın qapıçısı Canluci Donnarumma ilə şifahi razılıq əldə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Marca" nəşri İspaniya təmsilçisinin prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinnədin Zidanın məzuniyyətdən qayıtmasını gözlədiyini yazıb.

C.Donnaruma ilə bağlı məsələdə "Real Madrid"in tələsmək fikri yoxdur. Çünki "Milan" onun 2018-ci ilin yayına qədər klubda qalacağını açıqlayıb. K.Mbappeyə gəlincə, 19 yaşlı futbolçu artıq "Kral klubu"nda çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, Kiliam Mbappenin mümkün transferinin 130 milyon avro təşkil edəcəyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR