Play Store

"Sovetski"də 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxs saxlanıldı

"Sovetski"də 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxs saxlanıldı
11:29 23 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib, iki nəfərə isə xəsarət yetirən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatlrladaq ki, iyunun 22-də gecə saatlarında Yasamal rayonu ərazisində, keçmiş "Sovetski" küçəsində baş verib. Həmin ərazidə usta işləyən Sənan Məmmədov tanışı olan Mahirə adlı qadının kirayə qaldığı evə gələrək onunla mübahisə edib. Bu zaman mübahisəyə ev sahibi , 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyib. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlunu bıçaqlayıb. Hadisə nəticəsində o Mahirəyə ürək nahiyəsindən 4 bıçaq zərbəsi endirib. Yartalılar xəstəxanaya çatdırılsa da, Mahirənin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəllsəinin 120-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR