Dünya belə sərrast atəş görməmişdi - FOTO

Dünya belə sərrast atəş görməmişdi - FOTO
11:37 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Kanadalı snayper İraqda 3,54 km uzaqlıqdakı İŞİD terrorçusunu hədəfə alaraq atəş açıb. Lülədən 1274 km/saat sürətlə çıxan güllə terrorçunun ürəyindən dəyərək onu öldürüb.

Bu məsafədə sərrast atəşlə hədəfin məhv edilməsi yeni dünya rekordudur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İraqdakı beynəlxalq antiterror koalisiyasının tərkibində olan hərbi birləşmədə xidmət edən kanadalı snayper McMillan TAC-50 tüfəngindən yararlanıb. Bu tüfəngin atəşi o qədər güclüdür ki, güllə divarı dəlir.

Bu tüfəngin normal atəş məsafəsi 2 kilometr olsa da, kanadalı snayper təki elitar peşəkarlar rekordlar vura bilirlər.

Kanadalı snayperin dediyinə görə, hədəfi nişan alanda havanın rütubəti, küləyin sürəti, hətta Yerin əyilmə bucağını və s. amilləri nəzərə alaraq hesablamalar aparıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR