Play Store

Avropa çempionatında çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

Avropa çempionatında çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb
11:42 23 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 27-də Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, dörd gün davam edəcək yarışda Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandaları mübarizə aparacaq.   
İlk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) çıxış edəcək.
Çempionatın 3-4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nazim Əlicanov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Varantsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) yarışacaq. 
Son yarış günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətində Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) yer alıb. 
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatinda-cixis-edecek-azerbaycan-yigmasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR