Play Store

Trampdan daha bir qalmaqallı çıxış: "Ətrafımda kasıb istəmirəm"

Trampdan daha bir qalmaqallı çıxış: "Ətrafımda kasıb istəmirəm"
11:43 23 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bu dəfə də qalmaqallı çıxışı ilə yadda qalıb.

Publika.az xəbər verir ki, prezident jurnalistlərin "ölkənin rəhbərliyini niyə yalnız zənginlərə əmanət edirsiz" sualına qalmaqallı cavab verib.

"Zəngin və ya kasıb... bütün insanları sevirəm, amma bu məsələ başqadı. Xüsusilə ölkənin iqtisadiyyatını kasıb birinə əmanət edə bilmərəm. Kasıb və zəngin insanların mövqeyi hər zaman fərqli olur. Bu sizə məntiqli gəlmirmi?"

Ağ Evin İqtisadiyyat üzrə baş müşaviri Hari Cohun bu vəzifəyə gəlmək üçün əvvəl çalışdığı "Goldman Sachs" şirkətində 285 milyon dollarlıq işdən imtina edərək gəldiyini vurğulayan Tramp, onu çox bəyəndiyini deyib:

"Mən nə etdiyimi bilirəm. İqtisadiyyatı kasıb nümayəndə düzgün idarə edə bilməz".

Trampın ətrafındakı nümayəndələrin ümumi sərvəti təxminən 15 milyard dolları keçir. Sözügedən rəqəm, Trampın öz sərvəti ilə birlikdə 20 milyard dollardan çoxdur.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR