Play Store

Bakıda "DJ" avtomobil oğurladı - Polis yaxaladı...

Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə dəvət edilən zərərçəkmiş - Bakı şəhər sakini Mehdi Əliyev izahatında ötən gecə saat 4 radələrində içkili olduğundan özünə məxsus "Daevoo" markalı avtomobilini evinin yaxınlığında saxladığını, açarı götürməyi unudaraq evinə getdiyini bildirib. Səhər isə o, maşınını həmin yerdə tapmayıb.

22-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu maşının tapılması istiqamətində tədbirlərə başlayıb, bu barədə DİN-in "Təhlükəsiz Şəhər" Xidmətinə müvafiq məlumat veriblər.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin maşının Səbail rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək, aidiyyatı üzrə Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinə müvafiq məlumat ötürülüb. Yol polisləri qaçırılmış maşını Səbail rayonunun T.Əliyarbəyov küçəsində saxlanıldığını aşkar edərək, onu 22-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

Əməliyyatçılar maşını qaçıran şəxsin həmin ərazinin yaxınlığındakı gecə klublarından birində "DJ" işlədiyi barədə məlumat əldə ediblər. Şübhəli qismində saxlanılaraq 22-ci Polis Bölməsinə gətirilən şəxslə bağlı aparılan araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov olması müəyyən edilib. O, gecə həmin ərazidən keçərkən maşının qapısının açıq vəziyyətdə, açarının da üstündə olduğunu görərək bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR