Play Store

Qazaxıstan prezidenti: "Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur"

Qazaxıstan prezidenti: "Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur"
11:47 23 İyun 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Qazax dilinin latın əlifbasına keçidi prosesini gecikdirmək üçün heç bir səbəb yoxdur.
"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
"Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq. Bu, çətin olmayacaq. Çünki 1-ci sinifdən bütün uşaqlara ingilis dili tədris olunur, bizə çətin olmamalıdır", - Qazaxıstan prezidenti deyib.
Xatırladaq ki, Qazaxıstanda latın əlifbasına keçid prosesinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistan-prezidenti-latin-elifbasina-kecidi-gecikdirmek-ucun-hec-bir-sebeb-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR