Formula 1: "Haas" komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər

Formula 1: "Haas" komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər
11:47 23 İyun 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan "Haas" komandasının pilotları - Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib. “Report”un məlumatına görə, Bakı Bulvarında baş tutan tədbirdə yerli və əcnəbi vətəndaşlar iştirak ediblər.
20 dəqiqə çəkən sessiyada R.Qrojan ilə K.Maqnussen imza paylayıblar.
Qeyd edək ki, “Haas” komandası hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. Lider “Mercedes AMG”nin hesabında isə 222 xal var. Pilotların sıralamasında Roman Qrojan 10 xalla 12-ci, Kevin Maqnussen isə 5 xalla 13-cüdür. İlk pillədəki “Ferrari” pilotu Sebastiyan Fettelin isə 141 xalı var.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-haas-komandasinin-pilotlari-baki-bulvarinda-avtoqraf-sessiyasi-keciribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR