Play Store

Jurnalistlər üçün üçüncü binanın təməli qazılır - FOTO

Jurnalistlər üçün üçüncü binanın təməli qazılır - FOTO
11:52 23 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Jurnalistlər üçün inşası nəzərdə tutulan üçüncü binanın təməli qazılmağa başlayıb. 

Milli.Az qaziler.az-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün inşa edilmiş birinci bina sakini Rey Kərimoğlu deyib. Onun sözlərinə görə, konkret prezident sərəncamı olmasa da, üçüncü binanın da tikiləcəyi gözlənilirdi.

"Bir neçə gündür ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın yanında qazıntı işlərinə başlanıb. Ərazidə bina tikintisi üçün işlərə hazırlıq gedir. Çox güman ki, ikinci binanın açılışından sonra üçüncü binanın təməl qoyması mərasimi olacaq. Qazma işini aparan inşaatçılar da bunu təsdiq etdilər. Hələ birinci binanın açılışında prezident demişdi ki, bu ərazi, ümumiyyətlə, mədəniyyət şəhərciyi olacaq. Və jurnalistlər üçün üç bina tikiləcək".

Xatırladaq ki, bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də bildirmişdi ki, mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən üçüncü bina da tikiləcək. Ehtimal olunur ki, ikinci bina təhvil verildiyi gün jurnalistlər üçün üçüncü binanın təməli qoyulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR