Play Store

Bu adam 32 dildə DANIŞIR

Bu adam 32 dildə DANIŞIR
12:03 23 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə dildə danışan insanlara ətrafdakılar hər zaman dərin hörmət və bir az da qiptə ilə yanaşırlar. Yəqin ki, belə istedadlı insanlar arasında birinci yerdə Avropa Parlamentinin baş tərcüməçisi İohannis İkonomu durur. Bu gün Avropa Parlamentinin rəsmi 23 dili var.

Publika.az-ın xəbərinə görə, İohannis isə düz 32 dildə danışır.

Artıq 15 ildən çoxdur ki, Parlamentdə çalışan 48 yaşlı İohannis nəinki sinxron tərcümə ilə, hətta çox çətin hüquqi sənədlərin tərcüməsi ilə məşğuldur.

Tərcüməçinin doğma dili yunanca sayılsa da, 6 yaşından etibarən xarici dillər öyrənməyə başlayıb. O, öncə alman, sonra ingilis, daha sonra isə digər xarici dillər öyrənib. Hər yeni dili qavramaq ona öncəkindən daha rahat olurdu, və günlərin bir günü İohannis sayıb, gördü ki, düz 32 xarici dil bilir. O, hətta “ölən dillər” siyahısınıa düşmüş latın, irland və qədim fars dillərində də, danışır.

İohannis deyir ki, çox dil bilmək üçün qeyri-adi bacarıq tələb olunmur və bütün dillər bir-birirnə bənzəyir. Sadəcə sözlərin səslənməsinə və qrammatikasına fikir vermək lazımdır. Bir də, təbii ki, həmin dildə danışan insanlarla ünsiyyət vacibdir.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR