Play Store

Ali məktəblərdə ödənişli xidmətlər artacaq - NAZİRLİK

Ali məktəblərdə ödənişli xidmətlər artacaq - NAZİRLİK
12:04 23 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Təhsil Nazirliyi ölkənin üç ən böyük universitetlərinin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı məsələyə münasibət bildirib.


Nazirlikdən Lent.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq.

 

Məlumatda bildirilir ki, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir.

Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamları ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR