Play Store

Aydın Əliyev Oğuzda qəbul keçirdi

Aydın Əliyev Oğuzda qəbul keçirdi
12:13 23 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Oğuzda vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Oğuzda yerləşən Olimpiada İdman Kompleksində Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/203701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR