Play Store

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu
12:27 23 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstan "Ludogorets"i ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start "11-liy"inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib. Son 6 mövsümdə Bolqarıstan çempionu titulunu qazanan Razqrad təmsilçisi bu qarşılaşmadan qalib ayrılıb. Hər hissədə 1 qol vuran Bolqarıstan klubu 2:0 hesablı qələbəyə sevinib. Xatırladaq ki, "Qəbələ" bunadək yerli "Fulpmes" (8:0), Rusiya "Axmat"ı (0:1), Avstriya "Vakker"i və Bolqarıstan MOİK-i (0:2) ilə qarşılaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR