"Yuventus" gənc yarımmüdafiəçini icarəyə götürmək istəyir

"Yuventus" gənc yarımmüdafiəçini icarəyə götürmək istəyir
12:32 23 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" Portuqaliya millisinin üzvü Renato Sanşeşi icarəyə götürmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca senyora" bu məqsədlə gənc yarımmüdafiəçinin klubu "Bayer Munix"ə soğru göndərib. "Yuventus" Sanşeşlə 2 illik icarə müqaviləsi imzalamaq niyyətindədir. Bu müddətin sonunda müəyyən məbləğ qarşılığında onun daimi transferinə nail olmaq mümkündür.Klublar arasında bu təcrübədən artıq istifadə olunub. Kinqsli Koman 2 il öncə Münhen klubuna icarəyə verilmiş, "Bavariya" isə müddətin sonunda onun transfer hüquqlarına sahib çıxmışdı.

Sanşeş 2016-cı ilin yayında 35 milyon avroya "Benfika"dan transfer olunub. O, ötən mövsüm "Bayern"də 25 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqəti cəlb etməyib. "Bavariya" və "Yuventus" hazırda Duqlas Kostanın da transferi ilə bağlı danışıqlar aparır. Braziliyalı havbekə görə 50 milyon avro tələb edildiyindən transfer baş tutmaya bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR