"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd - VİDEO - FOTO

"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd - VİDEO - FOTO
12:32 23 İyun 2017
58 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan reper Qurd (Fərid Eminov) maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, söylədiyi replerdə sözün ilk hərfindən girib son hərfində qalmaqal yaradan repçi onun özündən çox replərinin daha məşhur olduğunu söyləyib:

"Yetəri qədər tanınmıram. Təvazökar insanam. Hiss eləməmişəm ki, məni tanıyırlar. Ancaq indi şəhərdə hara gedirəmsə, məni tanyırlar. "Qurd" deyirlər. Musiqim daha çox tanınır, nəinki özüm. Mən buna görə fəxr edirəm".

Repi yeni üslubda təqdim edən Qurd bu sahədə yaranan boşluqlardan söz açıb:

"Mən özüm də deyə bilmirəm ki, tam şəkildə reperəm. Bəli, əvvəldən reper kimi gəlmişik, elə də qəbul ediblər. Ancaq oxuduğum musiqi yeni stildir. Bu, milli repdir. Bu, Hüseyn Dəryanın, Elşad Xosenin dediyi rep deyil. Repdə boşluqlar var. Bu, boşluğu isə gənclər doldurmalıdır. Onlar isə, hələ ki, görünmürlər. Var idi 1-2-si, onların da bir qismi ya Azərbaycandan çıxıb getdi, bəziləri isə müəyyən səbəblərdən repi atdılar. Ancaq onların boşluğuna mənim girməyim alınmır. Böyük kütləyə onların sevdiyi musiqini verməlisən. Rep hazırda onların sevdiyi musiqi deyil". 

Efirlərin loqosu kimi ekranlardan düşməyən sənətçilərdən danışan reper öz sənəti ilə tanındığını, kiminsə çörəyinə bais olmadığını dilə gətirib:

"Bəziləri musiqisi ilə deyil, siması ilə məşhurdur. Elə müğənnilərimiz var ki, bütün günü efirlərdədirlər. Ancaq musiqiləri sevilmir. Sabah konsert versə, heç 100 adam yığa bilməyəcək. Qohumlarından başqa. Reallıqda biz sima olaraq, televiziyalarda o qədər də görünmürük. Bəlkə, bu sözüm kəskin qarşılana bilər. Mən xasiyyətcə elə bir insanam ki, bir dəfə xahiş edərəm ki, mənə söz verin. Ancaq insanlar var ki, qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək. Mənim öz yolum, stilim var. Öz musiqimlə tanınıram". 

Turne və konsertlərindən danışan Qurd bu yay əməlli-başlı tər töküb fanatlarının ruhunu dincəldəcəyindən və onlara qaynar bir yay yaşadacağından söz açıb:

"Turnedəyəm. 7 konsert nəzərdə tutulmuşdu. İkisi də əlavə olundu: Moskva və Bakı konsertləri. 1000 nəfərlik açılış konserti oldu. İkinci Moskva, üçüncü Naxçıvan konserti, 8 iyul Gəncə, 29 iyul Nabran, ardınca Sumqayıt, Şəki və Bakı konsertləri nəzərdə tutulub".

Ailə həyatından da danışan reper ayrılsa da, keçmiş həyat yoldaşı və övladlarını qayğısını çəkdiyini söyləyib:

"Övladlarıma çox bağlıyam. Ayrılmağım, sadəcə, formal xarakter daşıyır. Çünki mən yenə də uşaqlarımı görürəm, onların qayğısını çəkirəm. Hətta keçmiş həyat yoldaşımın da qayğısını çəkirəm. İnsanıq da, bəzən olur ki, cütlüklər yola getmir və demokratik yolla ayrılırlar. Şou-biznesdə ailə möhkəmliyi çox çətin bir şeydir. Çünki tərəflərdən birinin qısqanclığı olur. Bu qısqanclığı sən sübuta yetirəndə belə insan beyni onu qarşılamır. Mən əgər yola getmirəmsə, sonda bu, ayrılığa gətirib çıxarır. İnsanlar bi-biri ilə dava etməkdənsə, vaxtında ayrılsalar, daha yaxşı olar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR