Play Store

7 yaşlı Leylanı ayağa qaldıraq! - YARDIM - FOTOLAR

7 yaşlı Leylanı ayağa qaldıraq! - YARDIM - FOTOLAR
12:34 23 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu yaxınlarda 7 yaşını tamamlayan Leyla hələ də balaca uşaq kimi yerdə sürünür. Gülür, danışır, oynayır, amma yeriyə bilmir. Anası Mətanət Abdullayevanın Lent.az-a verdiyi məlumata görə, ailəsi uşağın xəstəliyi haqda hələ 6 aylıq olarkən öyrənib. İlkin müayinələr zamanı uşağın serebral iflic olduğu müəyyən olunub.

 

Ailə Bərdənin Zümürxan kəndində yaşayır. Leylanın atası Cavid Abdullayev II qrup əlildir. Keçirdiyi qəzada gözlərindən biri görmə qabiliyyətini tamam itirib. Fəhləlik edərək ailəsini saxlayan ata qızını bir müddət Bərdədə müalicə etdirib. Müalicələr sayəsində Leylanın nitqi düzəlsə də, ayaqlarında inkişaf olmur. Uşaq əvvəlki kimi iməkləyərək hərəkət edir.

 

Leylanın sağalacağı ümidi ilə ailə son qəpiklərini də toplayıb qızı Bakıya gətirib. Bir neçə özəl xəstəxanada müalicəsini davam etdiriblər. İrandan gələn həkim iynə vurularsa, sağalacağını deyib. Sözügedən iynənin birinin qiymətinin 1450 manat olduğunu öyrənincə, ailə imtina etməli olub. Çünki bu məbləği ödəmək onların indiki vəziyyətində mümkün deyil.

 

Daha sonralar Tuladan Bakıya həkimlərin gəldiyini, Leyla kimi xəstə uşaqları əməliyyatla sağaltdıqlarını eşidən kimi C. Abdullayev borc-xərc pul toplayıb qızını təkrar Bakıya gətirir.

 

Həkimlər Leylanı müayinə etdikdən sonra əməliyyat olursa, sağalacağını deyir. Anası deyir, sağalacağını eşidən Leylanın sevinci yerə-göyə sığmırmış. Lakin qızcığazın sevinci çox çəkmir. Bu əməliyyatın bahalı olduğunu öyrənəndə Leyla növbəti xəyal qırıqlığını yaşayır. Bakıya gülə-gülə gələn Leyla Bərdəyə ağlayaraq qayıdır.

 

Ailə uzaq tanışlarından Lent.az-ın sosial layihələri haqda eşidib saytımıza müraciət edib, qızları üçün kömək istəyirlər.

 

Dəyərli oxucularımız, Leylanın ən böyük arzusu yaşıdları kimi həyətdə qaçdı-tutdu oynamaqdır. Gəlin, birlikdə Leylanı arzusuna çatdıraq.

 

Kömək etmək istəyənlər bu nömrə vasitəsi ilə ailə ilə əlaqə saxlaya bilər: 051 915 60 66 (Leylanın atası)

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR