Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?
12:37 23 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yay mövsümünün gəlişi ilə insanların dənizkənarına axını başlayır.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, yay mövsümünü xaricdə keçirənlərlə yanaşı, ölkəmizdə də kifayət qədər əlverişli məkanlar var.

Ancaq Bakıda fəaliyyət göstərən "aquapark"lar və otellərin qiymətləri "əl yandırır".

Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, ən bahalı məkan "Dalğa Beach Aqua Park"dır. Bura təkcə giriş 50 manatdır. 

Kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş isə 70 manatdır. Həftə içi qiymətlər qiymətlər aşağı düşərək yerli 35 xarici vətandaşlar üçün 50 manatdır. Burada, demək olar ki, hər şey pulludur, hətta bəzi hovuzlara girmək, uşaqların əyləncə yeri belə ödənişlidir. 

Qeyd etdiyimiz kimi, 50 manat təkcə kompleksə giriş üçün alınır. Vətəndaşların orada fəaliyyət göstərən restoranlarda yemək yeyəcəyini, içki içəcəyini də nəzərə alsaq, bir adam üçün ən az 80 manat tələb olunur. Onu da qeyd etmək yerinə düşər ki, çox vaxt bu tip yerlərə ailələr gedir və hər ailədə ən az 3 nəfərin olacağını nəzərə alsaq, bir neçə saatlıq istirahət üçün ən az 240 manat tələb olunur. 

Müqayisə üçün qeyd edək ki, bu qiymətə Türkiyənin ən prestijli və 5 ulduzlu otellərində hər şey daxil olmaqla bir gün qalmaq mümkündür. Məsələn: Bodrumda, Antaliyada otellərin orta hesabla günü 100-150 tl (50-100 manat) arası dəyişir. 

Məhz bu səbəbdən də vətəndaşlarımız ölkə daxilində deyil, xarici ölkələrdə istirahətə üstünlük verir. Təkcə giriş üçün 50 manat alan "Dalğa Beach Aqua Park"la yanaşı onun yaxınlığında yerləşən "Bilgəh Aqua Park"da da eyni qiymətlər var.

Bu məsələdə vətəndaşları düşünən və insaflı yanaşan "Sea Breeze Hotel" olub. Bura giriş cəmi 20 manatdır, 10 yaşına qədər uşaqlar üçün isə pulsuzdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR