Play Store

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
12:42 23 İyun 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz, gündüz arabir tutulacağı gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/senbe-gunu-azerbaycanda-musahide-olunacaq-hava-proqnozu-aciqlanib-s

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR