Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var
12:42 23 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 23 iyun. REPORT.AZ/ Bərdədə yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində baş verib.
Belə ki, Bərdə rayon Qəjər kənd sakini 26 yaşlı Novruzov Müşviq Novruz oğlu hərəkətdə olduğu zaman qarşısına piyada çıxıb. O, piyadanı vurmamaq üçün qarşı tərəfin yoluna çıxıb. Nəticədə Tərtər rayon Evoğlu kənd sakinin idarə etdiyi yük maşını ilə toqquşub. 
Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstaxanasına yerləşdiriliblər. Həkimlər hər iki sürücünün vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-yuk-avtomobili-ile-minik-masini-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR