Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib

Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib
12:47 23 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlət başçısı zavodu işə salıb.


Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.
Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.


Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış ediblər.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.
Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim edib.









Xəbərin orijinal ünvanı: https://report.az/herbi/prezident-i-lham-eliyev-sirvan-seherinde-revolver-tipli-qumbaraatanlar-ucun-ates-yigimlari-zavodunun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR