Play Store

31 yaşlı gəncin köməyinizə ehtiyacı var

31 yaşlı gəncin köməyinizə ehtiyacı var
12:59 23 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

31 yaşlı bu gəncin köməyinizə ehtiyacı var.

Lent.az-ın metbuat.az-a istinadən məlumatına görə, İsa Şakir oğlu Ağayevin bir il öncə daxili orqanlarında şiş əmələ gəlib. Həkimlər bildiriblər ki, xəstəliyin İranda müalicəsi var. Bu səbəblə iki uşaq atası gənc əlində olan hər şeyi sataraq İrana üz tutub. İranda pulu yetdiyi qədər müalicə alıb. Həkimlər bildirib ki, 5-6 dəfə də müalicə alsa, sağalacaq. Lakin pulu olmadığından müalicəsini davam etdirə bilməyib.

 

Gəncin İranda müalicəsini davam etdirmək üçün ona 5-6 min AZN pul lazımdır. İsa Ağayev övladlarını atasız qoymamaq üçün imkanı olan şəxslərdən kömək istəyir.

 

Kömək etmək istəyənlər(+994) 55-390-00-94 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR