Play Store

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü start götürüb

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü start götürüb
13:02 23 İyun 2017
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü start götürüb. 
“Report”un məlumatına görə, pilotlar saat 13:00-da trekə çıxıblar. İkinci sərbəst yürüş saat 17:00-da, sonuncusu isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da olacaq. 
Qeyd edək ki, iyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək. Yarışda iştirak edən 10 komandanın - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), "Toro Rosso" (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-azerbaycan-qran-prisinin-ilk-serbest-yurusu-start-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR