Azərbaycan vətəndaşları pensiyalarını özləri artıra biləcəklər

Azərbaycan vətəndaşları pensiyalarını özləri artıra biləcəklər
13:12 23 İyun 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək pensiyaları haqqında" qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.

Nazir deyib:

""Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR