Play Store

Qənirə Paşayeva Əlibəylidə sakinlərlə görüşüb

Qənirə Paşayeva Əlibəylidə sakinlərlə görüşüb
13:14 23 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və  sakinlərlə görüşüb. Lent.az-ın məlumatına görə, sakinləri təbrik edən millət vəkili ön cəbhədə yaşayan insanların fədakarlığından, vətən və torpaq sevgisindən danışıb.

 

Dövlətin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyən Q. Paşayeva burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı qəhrəmanlıqla düşmənə qarşı mübarizəsinin gənc nəsilə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb. 

 

O, müəllimlərin, sakinlərin qayğılarını dinləyib və birlikdə fikir mübadiləsi aparılıb.  Müəllimlər Əlibəyli məktəbinin yeni məktəb binasına böyük ehtiyacı olduğunu bildiriblər.

 

Millət vəkili problemin öz həllini tapması üçün təhsil naziri Mikayıl Cabbarova və hökumətə müraciət edəcəyini vurğulayıb. 

 

Q. Paşayeva kənddə maddi imkanı zəif ailələrlə də görüşüb və onların da qarşıdan gələn bayramlarını təbrik edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR