Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, helikopter ağcaqanadlara qarşı kimyəvi maddə səpirmiş.
Qəza nəticəsində daha bir nəfər isə yaralanıb. Yaralı şəxsin helikopterdən çıxmasına yerli sakinlər kömək edib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində