”Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

”Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
13:19 23 İyun 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

 ”Azərişıq” ASC Ramazan bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.


Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram  günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması məqsədilə  Cəmiyyətin  Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

 

“199” saylı Çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR