Play Store

Şeyxülislam müsəlmanları bayram münasibətilə təbrik etdi

Şeyxülislam müsəlmanları bayram münasibətilə təbrik etdi
13:24 23 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib.
 
Lent.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən məlumatına görə, təbrikdə bildirilir ki aavab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
 
“Bu əziz gündə Allaha dualar edirik ki, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Builki Ramazan xalqımız və dövlətimiz üçün əlamətdar məqamlarla yadda qaldı. Şanlı Aprel qələbəmiz sayəsində Lələtəpə üzərində dalğalanan bayrağımız, məcburi köçkün soydaşlarımızın ordumuzun erməni işğalından azad etdiyi əzəli Azərbaycan torpaqlarına dönüşü, Cocuq Mərcanlıda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalan Azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcıdır, inşallah!
 
Dindarlar İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər, mütərəqqi mahiyyətini beynəlxalq miqyasda müdafiə edən dövlət başçısı İlham Əliyevin İslam Həmrəyliyi ili elan etmək kimi qlobal əhəmiyyətli qərarını yüksək dəyərləndirirlər.
 
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı təbrik edir, xeyir-dualarımı yetirirəm” – deyə, təbrikdə qeyd olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR