Çin yığması Almaniya Regional Liqasında mübarizə aparacaq

Çin yığması Almaniya Regional Liqasında mübarizə aparacaq
13:27 23 İyun 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya və Çin futbol federasiyaları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu müqaviləyə əsasən Çinin U-20 yığması 2017/18 mövsümündə Almaniya Regional Liqasında bir neçə klubla oyun keçirəcək. Regional Liqa səviyyəsinə görə 4-cü liqadır. Asiya təmsilçisi bu liqada mübarizə aparan 19 klubun hər biri 2 dəfə qarşılaşacaq və hər oyuna görə onlara 15 min avro ödəyəcək. Bununla da, Çinin U-20 yığması faktiki olaraq Regional Liqanın 20-ci komandası olacaq. Amma onlar burda müsabiqədənkənar iştirak edəcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR