Play Store

Siyəzəndə 35 kV-luq yarımstansiya inşa edilir

Siyəzəndə 35 kV-luq yarımstansiya inşa edilir
13:29 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Siyəzən Elektrik Şəbəkəsində (EŞ) yenidənqurma işləri genişlənir.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən EŞ-nin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir.

“Azərişıq” ASC tərəfindən rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb. Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr yenidən qurulub, digərlərində yenidənqurma işləri sürətlə davam etdirilir.

Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir.

Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) xətti çəkilib. Həmçinin, 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2770065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR