"Nikoil Bank" iş cədvəlini dəyişib

"Nikoil Bank" iş cədvəlini dəyişib
13:32 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ “Formula-1” Bakı Qran-Prisi ilə əlaqədar, "Nikoil Bank" ASC-nin Puşkin küçəsi,30 ünvanında yerləşən Bankın baş ofisi yeni iş cədvəlinə keçir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, Müştəri Xidmətləri Mərkəzi bu gün 18:00-a qədər bütün bank xidmətləri üzrə fəaliyyət göstərəcək, 18:00-dan 21:00-a qədər isə yalnız valyuta mübadiləsi xidməti aktiv olacaq. 
İyunun 24-25-i daxil olmaqla, valyutadəyişmə məntəqəsi saat 10:00-dan 21:00-a qədər açıq olacaq, lakin digər bank əməliyyatları aparılmayacaq.
Qeyd olunur ki, "Nikoil Bank" hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nikoil-bank-is-cedvelini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR