Play Store

İrana qarşı ərəb-İsrail OXU: Tehrandan QORXUNC XƏBƏRDARLIQ

İrana qarşı ərəb-İsrail OXU: Tehrandan QORXUNC XƏBƏRDARLIQ
13:33 23 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanını dəstəkləyərək regional güc balansını pozur”.

Publika.az xəbər verir ki, bunu İranın Nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi Böyük Britaniyanın “Guardian” qəzeti üçün yazdığı məqalədə bildirib.

Məqalədə qeyd edilir ki, “təhlükəsizlik dilemması” İran və qərb ölkələri arasında nüvə sazişinin icrası yolunda əsas maneədir. Onun fikrincə, razılaşmanın iştirakçıları onlara hakimiyyət və döyüş gücünün hansı məqsədlə - “şəxsi xeyir” və ya regionda təhlükəsizliyin təmin olunması üçün lazım olduğunu anlamalıdır.

“Döyüş gücü təhlükəsizliyin təmin olunması üzrə lazımı tələbləri üstələyir, başqalarının narahatlığına səbəb olur və sabitliyi təhdid edir. Məsələn, Birləşmiş Ştatların Yaxın Şərqdə bəzi ənənəvi partnyorlara silah satması, həmçinin regional oyunçular tərəfindən silahların israfçı şəkildə alınması fitnəkarlıqdır”, - Salehi yazıb.

Onun fikrincə, ölkələrin siyasi, iqtisadi və mədəni imkanlarına, onların regional statusuna həqiqi baxış təhlükəsizliyin möhkəmləndirilməsinə və regional oyunçuların qarşılıqlı anlaşmasının inkişafına imkan yaradacaq.

“Sivilizasiya, regional və dini münaqişələr haqqında alternativ ideyalar regiona və dünyaya destabilizasiyaya gətirəcək. Alternativ ideyalar lazımsız böhranların yaradılmasına yönəldilib. “Sivilizasiyaların toqquşması”, “şiə-sünni münaqişəsi”, “ərəb-fars düşmənçiliyi” və “İrana qarşı ərəb-İsrail oxu” kimi ideyala anlaşılmaz hədəflər üçün yaradılıb”, - iranlı rəsmi vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR