Evdən qaçan uşaq evin damında tapıldı - FOTO

Evdən qaçan uşaq evin damında tapıldı - FOTO
14:12 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

11 yaşlı Angel Qort srağagün evdən qaçmşdı. Valideynləri onu çox axtarsalar da, tapmamışdılar və övladlarını itkin düşmüş saymışdılar. Polisə müraciət edən valideynlər həmin gündən bəri əndişədə, təşvişdə idilər.

Angel tapılıb, özü də qaçdığı evin damında.

Milli.Az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Florida ştatındakı Hayalia şəhərində yaşanıb. Polis itmiş Angeli arasa da, tapmamışdı.

Oğlanı WSVN telekanalının reportyoru Ralf Raybern təsadüfən aşkarlayıb.

Telekanalın helikopteri şəhər üzərində uçarkən reportyor Qort ailəsinin evinə baxıb. O, evin damında qısılıb yatmış uşağı görüb.

Angel yatmışdı.

Reportyor dərhal polisə zəng vurub, itkin düşmüş oğlanı gördüyünü yazıb.

Oğlunun tapıldığını, günlərdən bəri evin damında olduğunu bilən ana hönkürüb. O, Angeli bağrına basıb.

11 yaşğı Anel isə bir də belə yaramazlıq etməyəcəyini vəd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR