Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub
14:42 23 İyun 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub. 
“Report”un məlumatına görə, ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410 s. 
Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub. 
Qeyd edək ki, ikinci sərbəst yürüş 17:00-da, sonuncusu isə iyunun 24-də sıralama turundan 3 saat əvvəl saat 14:00-da olacaq. 
Xatırladaq ki, iyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-azerbaycan-qran-prisinin-ilk-serbest-yurusune-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR