Gözləri görməyən 80 yaşlı sənətçi - VİDEO

Gözləri görməyən 80 yaşlı sənətçi - VİDEO
13:37 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

80 yaşı olan, 65 il balabanda ifa edən Əlisəmid Səmidov Kürdəmir rayonunun Muradxanlı kəndində yaşayır. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, onun səhhəti yaxşı olsa da, gözləri görmür.

Buna baxmayaraq, hələ də balabanda ifa edir. Artıq el şənliklərində iştirak etməyən Əlisəmid Səmidov vaxtilə çoxlu rayonlarda balabanda ifa etdiyini bildirir. Çoxlu tələbələri olan Əlisəmid Səmidov deyir ki, balabanda ifa etməyin çətinlikləri və bu, sənətin özünəməxsus üstünlükləri var.
O, gəncləri balaban sənətini öyrənməyə də çağırır. Əlisəmid Səmidov əmindir ki, milli-mənəvi dəyərlərə üstünlük verilən ölkəmizdə balaban sənəti həmişə yaşadılacaq.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR