Pakistanda törədilən partlayışlar nəticəsində 40 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən 3 partlayış nəticəsində 40 nəfər ölüb, yaralıların sayı isə 100-ə yaxındır.

Metbuat.az bildirir ki, ilk bomba Kvetta şəhərində polis məntəqəsinin yaxınlığında partladılıb. Bir neçə saat sonra şiələrin sıx məskunlaşdığı Paraçinarda ardıcıl iki partlayış baş verib.

Hələlik heç bir terror qruplaşması insidentlərə görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR