İyulun 7-8-də Almaniyanın Hamburq şəhərində "G-20" sammiti keçiriləcək.
Metbuat.az bildirir ki, sammit çərçivəsində ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi istisna deyil.
Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser məlumat verib:
"Görüşün baş tutması istisna deyil. Ancaq hər şey Rusiyanın problemləri həll etmək istəyinə bağlıdır. Bu baş verəcəyi təqdirdə görüşün keçirilməsinin tərəfdarıyıq".