İstanbulun Sultan Əhməd meydanında terror törədən qadının Rusiya vətəndaşı olduğu açıqlanıb

13:47 8 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 13:42 ]

Bakı – APA. Yanvarın 6-da İstanbulun Sultan Əhməd meydanında terror törədən kamikadze qadının şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyi və kəşfiyyatın (MİT) təhqiqatı nəticəsində terrorçu qadının Rusiya vətəndaşı Diana Ramazova olduğu müəyyən edilib. Onun hadisəni hansı səbəblə törətdiyi məlum deyil.

 

Xatırladaq ki, hadisə zamanı 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb. Türkiyənin “Fox TV” kanalı yanvarın 7-də terror aktını rusiyalı çeçen qadının törətdiyinin güman olunduğu haqda xəbər yaymışdı. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR