Türkiyənin Kocaeli əyalətində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Metbuat.az-ın məlumatına görə,17 yaşlı Rəna İzmiti qətlə yetirən atası Ərdal Günlü daha sonra intihar edib. Məlum olub ki, atanın qızını qətlə yetirməsinə onun sosial şəbəkədə paylaşdığı açıq-saçıq şəkillər səbəb olub. Buna görə qəzəblənən Ərdal, qızını küçədə başından vuraraq öldürüb.
Sübhan / METBUAT.az