Azərbaycanda 2015-ci ildə siyasi partiyalara 2,5 milyon manat vəsait ayrılıb

13:52 8 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 13:49 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2015-ci ildə siyasi partiyalara ayrılan vəsaitin miqdarı açıqlanıb.

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ilin dövlət büdcəsində “Siyasi partiyalar haqqında” qanunun icrası üçün siyasi partiyaların fəaliyyətinə 2,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

 

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

 

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov 2014-cü il noyabrın 28-də Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib ki, 2014-cü ildə siyasi partiyalar ayrılan vəsaitin 10% qənaət nəticəsində 250 min manatı bölüşdürülməmiş qalıb və bu məbləğ 2015-ci ildə siyasi partiyalar arasında tam şəkildə bölüşdürüləcək. Bununla bağlı qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunmalıdır.

 

Səbəb odur ki, qanunda nəzərdə tutulsa da, hazırda Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiya yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR