Nüsrət Kəsəmənlinin oğlunun həbsi ilə bağlı qərar qüvvədə qaldı

Nüsrət Kəsəmənlinin oğlunun həbsi ilə bağlı qərar qüvvədə qaldı
14:11 8 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Araz Kəsəmənlinin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Kəsəmənli apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, 2012-ci ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbs edilib. 2013-cü ilin sentyabrın 17-də ona qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR