“DəmirTaksit” istifadəçilərinin sayı 33 minə çatıb

“DəmirTaksit” istifadəçilərinin sayı 33 minə çatıb
14:12 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 14:11 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” tərəfindən təqdim edilən “DəmirTaksit” kart istifadəçilərinin sayı sürətlə artmaqdadır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin göstəricilərinə əsasən, “DəmirTaksit” kart istifadəçilərinin sayı artıq 33 minə çatıb.

 

Qeyd edək ki, “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

 

“DəmirTaksit” kartı barədə daha ətraflı məlumatı www.demirtaksit.az saytından əldə etmək mümkündür.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR