Bir gündə bir rayonda iki yanğın

Bir gündə bir rayonda iki yanğın
14:12 8 Yanvar 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Balakən rayonunun Yeni Şərif kəndində yanğın olub. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, yanğın gecə saatlarında Çerçiyev Nizami İsrafil oğluna məxsus ümumi sahəsi 245 kv metr olan tövlə və ona bitişik yarımtikilinin tövlə hissəsində qeydə alınıb. Nəticədə tövlənin 119 kv metr hissəsinin yanar konstruksiyaları və 6 ton ot yanaraq yararsız hala düşüb. Əraziyə Balakən rayon Yanğından Mühafizə hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
 
 
Digər yanğın hadisəsi isə Balakənin Qaysa kəndində qeydə alınıb. Kənd sakini Cumayev İslam İsmayıl oğluna məxsus "VAZ 21 014" markalı 90 -KK -031 dövlət nömrə nişanlı avtomobil qəfil alışıb. Avtomobil yanaraq yarasız hala düşüb. Yanğının baş vermə səbəbi bəlli deyil. Fakt araşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR