Bakıda ömrünü alan üçün azadlığını verdi - QANLI CİNAYƏT

Bakıda ömrünü alan üçün azadlığını verdi - QANLI CİNAYƏT
14:17 8 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

Həbsxanalar islah müəssisəsləri hesab olunsa da, oradan çıxan şəxs çox hallarda daha pis olur. Keçmiş məhkumlar azadlıqda olan zaman da həyatını həbsxana qanunları ilə idarə edir
Milli.Az xəbər verir ki, Bakının Sabunçu rayonunda da məhz həbsxana qanunlarına, həyatına hörmətsizlik qan tökülməsinə səbəb olub. Bakıxanov qəsəbəsində ömrünün bir hissəsini dəmir barmaqlıqlar arasında keçirmiş Camal Hüseynov öz yerlisini bıçaqlayıb. O, dünən Pərviz Fərəcovla yeyib-içəndən sonra Rusiyada keçirdiyi həbsxana həyatından söhbət açıb. Pərvizin həbsxana həyatına biganə münasibəti onun xoşuna gəlməyib. Keçmiş həyatı haqda deyilən söz onu özündən çıxarıb və fəhləliklə çörəkpulu qazandığı dostunu bıçaqdan keçirib.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a verilən məlumata görə, Camal Hüseynov artıq tutulub. Onun barəsində cinayət işi başlanıb.
Onu da əlavə edək ki, C.Hüseynov məhkumluq həyatını Rusiya həbsxanasında çəkib.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR