Onu aldadan sevgilisini bağışladı (FOTO)

Onu aldadan sevgilisini bağışladı (FOTO)
14:21 8 Yanvar 2015
290 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli müğənni Ceniffer Lopez onu aldadan sevgilisini bağışladı. ANS PRESS-in məlumatına görə, ulduz müğənni kariyerasındakı uğuru heç cür şəxsi həyatında əldə edə bilmir.

İndi də onun xəyanətkar sevgilisi ilə yenidən bir arada olduğu yazılır.

İddialara görə, 45 yaşlı ulduz özündən 18 yaş kişik sevgilisi ilə birlikdə Yeni ili qeyd edib. Cütlük bayramı Las Veqasda qeyd edib.

Kasper Smart Lopezi yeni il konsertində də yalnız qoymayıb.
Smart və Lopezin sözçüləri bu iddialar barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, bir müddət öncə C.Lopez "Self" jurnalına müsahibəsidə yalnız qalmaqdan qorxduğunu demişdi.

Daha öncə Kris Judd və Ojani Noa ilə evlənib boşanan Lopezin Mark Antoni ilə olan evliliyi də uğursuz bitib. Müğənninin aktyor Ben Affleklə münasibəti də uzun müddət müzakirə edilib.

JLO Kasper Smartla 3 il birlikdə olub. Rəqqas olan Smart dünya ulduzunu transvistit Sofie Vissa ilə aldatmışdı.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR