Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

Rusiyada müstəqil araşdırma şirkəti "Levada Center" ölkənin ən məşhur tarixi şəxsiyyətlərini müəyyənləşdirmək üçün 137 müxtəlif şəhərdə yaşayan 1 600 insanın fikrini öyrənib.

Metbuat.az bildirir ki, anketin nəticələrinə görə, İosif Stalin (38%) ilk sırada qərarlaşıb.

Rusiyanın hazırkı prezidenti Vladimir Putin məşhur yazar Aleksandr Puşkinlə (hər ikisi 34%) ikinci sıranı bölüşüb.

Vladimir Putin 1989-cu ildən bəri keçirilən anketlərdə adı üst sıralarda üç dəfə hallanan ilk şəxs olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR