Parisdəki terror aktında öldürülən polislərdən biri müsəlman olub

14:28 8 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Dünən Fransada "Charlie Hebdo" nəşrinin redaksiyasına edilən hücum zamanı öldürülən polislərdən biri müsəlman olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı polisin adı Əhməd Merabedir.

Məhz onun ölüm anı internetdə yayılan videoya çəkilib. Terrorçuların səkidə güllələdiyi yaralı insan Ə.Merabe olub. Müsəlman polis əllərini qaldıraraq silahsız olduğunu desə də, terrorçular ona aman verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR