"Feysbuk" serial çəkir

"Feysbuk" telekanal keyfiyyətində serial hazırlayacaq.

13-34 yaş qrupunu hədəfləyən sosial şəbəkə hər seriyaya görə 3 milyon dollarlıq büdcə nəzərdə tutub.

Yayın sonunda bu məqsədini həyata keçirəcək şirkət Hollivud studioları ilə layihə ətrafında görüşlər həyata keçirir.

Şirkət hazırlayacağı veriliş və serialların 17-30 yaş qrupun marağına uyğun olacağını planlaşdırır. Artıq “Strangers” və “Last State Standing” layihələrini almaq istədiyi ilə bağlı iddialar səsləndirilir.

Lakin şirkət bununla bağlı rəsmi açıqlama verməyib. "Feysbuk"un hazırlayacağı serialların hər gün deyil, ənənəvi telekanal serial anlayışı üzərində quracağı bildirilir. (Publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR