"Barselona" FİFA ilə münasibətləri kəsdi

"Barselona" FİFA ilə münasibətləri kəsdi
14:33 8 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"Barselona" iki transfer dönəmində oyunçuların alınmasına tətbiq edilən qadağaya görə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilə münasibətləri birtərəfli qaydada pozub. Bunu klubun prezidenti Xosep Mariya Bartomeu bildirib. Trend xəbər verir ki, bu barədə TASS “Goal.com” portalına istinadən məlumat yayıb.

FIFA-nın rəsmi məlumatında "Barselona"nın onlarla yeniyetmə oyunçunun transferi zamanı futbolçuların statusu və keçidi haqqında Reqlamentin 19-cu maddəsini pozduğu, eləcə də Reqlamentə 2-ci Əlavədə bir neçə pozuntuya yol verdiyi aşkar edildiyi deyilirdi.

FIFA qeyd edib ki, İntizam Komitəsi ciddi pozuntular aşkar edib və klubun iki yaxın transfer pəncərəsində milli və beynəlxalq transferlər etməsinə qadağa qoyub, eləcə də komandanı 450 min İsveçrə frankı məbləğində cərimə etməyi qərara alıb.

Dekabrda Lozannadakı İdman Arbitraj Məhkəməsi FİFA-nın qərarını dəstəkləyərək “Barselona”nın apelyasiya şikayətini rədd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR