YAP-dan Fransadakı terrorla bağlı BƏYANAT

YAP-dan Fransadakı terrorla bağlı BƏYANAT
14:34 8 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyib. Lent.az-ın partiyanın rəsmi saytına istinadən məlumatına görə, partiya bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edib.  

"Yeni Azərbaycan Partiyası səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi  insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edir. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz.

Bütün Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR